...

Gürcüstanın baş naziri Küveytə yola düşüb

Dünya xəbərləri Materials 17 Fevral 2007 12:39 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaideli bu gün ikigünlük rəsmi səfərlə Küveytə yola düşüb. Bu barədə baş nazirin mətbuat xidməti məlumat verir.

Səfər zamanı Gürcüstan hökumətinin başçısını energetika naziri Nika Gilauri, eləcə də iqtisadi inkişaf və xarici işlər nazirlərinin müavinləri müşayiət edir.

Səfər çərçivəsində Zurab Noqaidelinin Küveytin Ticarət-Sənaye palatasında və Ərəb İqtisadi inkişaf fondunda görüşləri planlaşdırılıb.

Eyni zamanda Gürcüstan prezidenti Mixail Saakaşvili Dubayda səfərdədir. Orada Birləşmiş Ərəb Əmirliklərinin rəsmi nümayəndələri ilə görüşlərdə iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edir. Bu barədə Trend www.civil.ge saytına istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti