...

Aşqabadda su idman növləri üzrə birinci beynəlxalq turnir start götürəcək

Dünya xəbərləri Materials 17 Fevral 2007 14:28 (UTC +04:00)

Türkmənistanın paytaxtı su idman növləri üzrə birinci beynəlxalq turniri qəbul edir. Yarışlar fevralın 17-18-də ötən ilin dekabr ayında istismara verilmiş və Beynəlxalq su idman növləri Federasiyasının (BSİF) bütün standartlarına cavab verən müasir Olimpiya su-idman kompleksində keçiriləcək.

Trend www.turkmenistan.ru saytına istinadən xəbər verir ki, yarış proqramına üzgüçülük, suya tullanma və su polosu üzrə yarışlar daxildir. Turnirdə Hindistan, İran, Küveyt, Suriya, Oman və Türkmənistan komandaları iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti