...

İran XİN: İranın nüvə proqramı ətrafında böhranın tənzimlənməsi üçün dialoq gərəkdir

Dünya xəbərləri Materials 21 Fevral 2007 14:42 (UTC +04:00)

İran xarici işlər naziri Manuçehr Mottaki Türkiyəyə səfəri zamanı bildirib ki, İranın nüvə proqramı ətrafında böhranın tənzimlənməsi üçün dialoq gərəkdir.

Türkiyəli həmkarı Abdulla Güllə birgə keçirdiyi mətbuat konfransında M.Mottaki deyib: "Biz inanırıq ki, məsələnin elə bir həllini tapacayıq ki, həm İran öz hüquqlarını qoruya biləcək, həm bütün təşvişlərə son qoyulacaq".

"Associated Press" agentliyi bildirir ki, şərhçilərin fikrincə, BMT Təhlükəsizlik Şurası tərəfindən uranın zənginləşdirilməsi ilə bağlı işləri qapatması İrana ayrılmış vaxtın bitməsi ərəfəsində İran nazirinin bu cür bəyanatı Tehranın danışıqları davam etdirmək niyyətindən xəbər verir.

Bu ərəfədə Venada danışıqlar aparan İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Laricani həm Tehranın, həm də Qərbin maraqlarını nəzərə alan "konstruktiv dialoq"a çağırıb. www.rbc.ru xəbər verir ki, Ə.Laricani eyni zamanda ABŞ-ı İrana artıq təzyiqlər göstərməkdən kənar olmağa çağırıb.

Bundan başqa, İran prezidenti Mahmud Əhmədi Necad bəyan edib ki, onun ölkəsi uranın zənginləşdirilməsi proqramını qapatmağa hazırdır, lakin bir şərtlə ki, eyni hərəkəti Qərbin digər ölkələri də edəcək.

Bununla yanaşı, şərhçilər belə fikir də söyləyirlər ki, Tehranın yeni danışıqlara çağırışı beynəlxalq "altılıq" (Rusiya, ABŞ, Çin, Fransa, Böyük Britaniya və Almaniya) tərəfindən qəbul edilməyəcək. Xatırladaq ki, həmin "altılıq" dünya ictimaiyyətinin uranın zənginləşdirilməsini dayandırmaq barədə tələbini İran qəbul etmədiyi üçün danışıqları dayandırmışdı.

Xəbər lenti

Xəbər lenti