...

Gürcüstanın bayrağı , gerbi və himninə hörmətsizliyə görə cərimə tətbiq olunacaq

Dünya xəbərləri Materials 22 Fevral 2007 16:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi / Trend , müx. N.Kirtsxalia / Gürcüstanda dövlət himninin, gerbinin və bayrağının istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət müəyyən edilir. Gürcüstanın inzibati məcəlləsində müvafiq dəyişikliklərin edilməsi planlaşdırılır.

Ölkə simvollarına "pis" münasibətə görə inzibati cəzanın tətbiq edilməsi təşəbbüsü ilə Gürcüstan hökuməti çıxış edib. Dəyişikliklərə əsasən, cərimənin məbləği 50 laridən 100 lariyə qədər olacaq.

Bu məsələ bu gün hüquqi parlament komitəsinin iclasında müzakirə olunub və o, hökumətin təşəbbüsünü bütünlüklə dəstəkləyib. Hətta cərimənin məbləğinin artırılmasına dair də tələblər səslənib. Komitə qanun layihəsinin təəssübkeşlərinə cərimənin sərtləşdirilməsini təklif etməyi qərara alıb.

Xəbər lenti

Xəbər lenti