...

BMT-nin İnkişaf proqramının regional bürosunun rəhbəri Gürcüstana gəlir

Dünya xəbərləri Materials 28 Fevral 2007 17:20 (UTC +04:00)

Bu gün BMT-nin İnkişaf Proqramının (UNDP) MDB və Şərqi Avropa ölkələrində regional bürosunun rəhbəri Kori Yudoviçki Gürcüstana rəsmi səfər edir. Bu barədə Qafqaz-Press məlumat verir.

BMT-nin Tbilisidəki nümayəndəliyindən verilən xəbərə görə, BMT-nin İnkişaf Proqramının nümayəndə heyətinin ikigünlük səfəri çərçivəsində Gürcüstanın baş naziri Zurab Noqaideli, parlamentin spikeri Nino Burcanadze, iqtisadi islahat məsələləri üzrə dövlət naziri Kaxo Bendukidze və Ali məhkəmənin sədri Konstantin Kublaşvili ilə görüşlərin keçirilməsi planlaşdırılıb.

Yudoviçkinin Gürcüstana səfəri Cənubi Qafqaz ölkələri üzrə turne çərçivəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti