...

Qazaxıstan Avropa ölkələrində, həmçinin Gürcüstanda öz qazının reallaşdırılmasına başlamaq niyyətindədir

Dünya xəbərləri Materials 3 Mart 2007 12:30 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Yaxın gələcəkdə Qazaxıstan Avropa ölkələrində, həmçinin Gürcüstanda öz qazının reallaşdırılmasına başlamaq niyyətindədir. Bu barədə "QazTransQaz" SC-nin baş direktoru Serik Sultanqaliyev jurnalistlərə bəyan edib. Onun sözlərinə görə, hazırda Qazaxıstan bu strukturun inkişaf etdirilməsi üçün qoyulmuş məqsədə çatmaq üçün qaz emalı müəssisələrinin tikintisi işini aparır.

Trend in Tiflisdəki xüsusi müxbirinin məlumatına əsasən, Qazaxıstan qazının qiyməti məhsulun dəyərinə adekvat olmalıdır. "Biz ucuz qazın çatdırılmasında deyil, Qazaxıstan qazının Gürcüstana çatdırılmasında maraqlıyıq", deyə Sultanqaliyev bəyan edib.

Onun sözlərinə görə, hazırda Qazaxıstan qazının qiyməti Rusiya sərhəddində 1 min kub metrə görə 145 dollar təşkil edir.

Xəbər lenti

Xəbər lenti