...

Fransa: İraq bölünməyə doğru gedir

Dünya xəbərləri Materials 5 Mart 2007 14:33 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend E.Məcidli/Fransanın xarici işlər naziri Filip Dust Blazi İraqda etnik millətlər arasında artan qarşıdurmanın, ölkəni parçalanmağa doğru sürüklədiyini və bölgədəki vəziyyətin sabitləşməməsinə yol açdığını söyləyib.Fransız nazir Qətərin xarici işlər naziri Şeyx Hamid bin Casım bin Cabir El Tahani ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında İraqın bölünməsinin bir çox siyasi problemlər doğuracağını bildirib.

Artıq dünya ictimaiyyətinin də İraqdaki vəziyyətin pisləşməsi barədə eyni fikirdə olduğunu ifadə edən nazir, yeganeə çıxış yolu kimi 2008-ci ilədək bütün beynəlxalq qüvvələrin bölgədən çəkilməsini qeyd edib.

Fransa Xarici İşlər Naziri Filip Dust Blazi martın 10-da Iraqda keçiriləcək beynəlxalq konfransda da iştirak edəcəyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti