...

Çeçenistanın yeni prezidentinin inauqurasiya mərasimi aprelin 5-nə təyin edilib

Dünya xəbərləri Materials 5 Mart 2007 18:38 (UTC +04:00)

Yeni seçilmiş Çeçenistan prezidenti Ramzan Kadırovun vəzifəsinin icrasına başlaması münasibətilə təşkil olunacaq rəsmi tədbir aprelin 5-nə təyin olununb. Bu bardə məlumatı Çeşenistan parlamentinin deputatı Dukuvaxa Əbdürrəhanov RİA Novosti - yə müsahibəsində bildirib.

"Çeçenistan Respublikasının konstitusiyasına müvafiq olaraq prezident seçkilərin nəticələri dərc olunandan sonra 30 gün müddətində səlahiyyətlərinin icrasına başlayır",-deyə D.Əbdürrəhmanov qeyd edib.

Onun sözlərinə görə, çərşənbə axşamı (6 mart) seçkilərin nəticələri rəsmi dövlət qəzetində və digər nəşrlərdə çap olunacaq. Cümə günü keçirilmiş səsvermə nəticəsində parlament prezident səlahiyyətlərini Ramzan Kadırova verib. "Biz inauqurasiya məramisinin keçirilmə tarixini aprelin 5-nə təyin etdik",-deyə o nəzərə çatdırıb.

Xəbər lenti

Xəbər lenti