...

Lozannada Türkiyə solçularının lideri D.Perincekin məhkəməsi başlayacaq

Dünya xəbərləri Materials 7 Mart 2007 13:50 (UTC +04:00)

Türkiyə,Ankara/müxbir Trend Ə.Ələsgərov/İsveçrənin Lozanna şəhərində Türkiyənin İşçi Partiyasının lideri Doğu Perincekə qarşı məhkəmə işi başlayacaq. Bu barədə Trend in Ankaradakı xüsusi müxbiri məlumat verib.

İsveçrənin hüquq-mühafizə orqanları Türkiyənin solçular hərəkatının liderlərindən birinə qarşı "erməni soyqırımı" adlandırılan faktın təkzib edilməsi ilə bağlı ittiham irəli sürüb. Türkiyənin bir sıra ictimai təşkilatları İşçi Partiyasının lideri və Türkiyədə məşhur siyasi xadim Doğu Perincekə məhkəmədə dəstək olmaq üçün nümayəndələrini Lozzanaya göndərir.

Xəbər lenti

Xəbər lenti