...

Ukrayna və Qırğızıstzan prezidentləri ÜTT-yə qəbul çərçivəsində bir həftə ərzində protokol imzalanması barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 7 Mart 2007 21:08 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşşenko ölkəsinin ÜTT-yə qəbulu ərəfəsində Qırğızıstan Respublikasının prezident Kurmanbey Bakiyevlə telefon danışığı zamanı ticarət-iqtisadi və qarşılıqlı əlaqələrə dair bir sıra məsələləri müzakirə edib. Bu barədə RBK məlumat verib. Danışıqlar zamanı Ukrayna məhsulları və xidmətlərinin bazara daxil olması barədə protokolun 5-7 gün sonra imzalanacağı qeyd olunub. Bu bardədə Viktor Yuşşenkonun mətbuat xidməti xəbər yayıb.

Ukrayna prezidenti baş nazir Viktor Yanukoviçdən Qırğızıstanla imzalanacaq müqavilə ilə balı məsələləri nəzarəti altına almağı istəyib.

Telefon danışığı zamanı Qırğızıstan prezidenti Ukraynaya səfərə dəvət olunub.

Bundan başqa Qırğızıstan SSRİ-nin dağılmasından sonra Ukrayna şirkətlərinin Qırğızıstana yaranmış 27 mln dollar vəsaiti ödəməyi tələb edir. Ukrayna isə bu borcların dövlət borcu olmadığını və bu məsələ ilə bağlı rəsmi sənədlərin olmadığını bildirib.

Xəbər lenti

Xəbər lenti