...

Parisdə Gürcüstan-Fransa investisiya forumu keçiriləcək

Dünya xəbərləri Materials 10 Mart 2007 12:02 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Gürcüstan Ticarət-Sənaye Palatası və Fransa Biznesmenlər Konfederasiyasının təşkilatçılığı ilə keçiriləcək Gürcüstan-Fransa investisiya forumu 27 mart 2007-ci il tarixində Parisdə baş tutacaq. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbiri məlumat verib.

Gürcüstan Ticarət-Sənaye Palatasının prezidenti Cemal İnişvilinin başçılığı altında Fransaya artıq biznes nümayəndə heyəti yola düşüb. Nümayəndə heyətinin tərkibinə aşağıdakı şirkətlərin nümayəndələri daxildir: "Konstruksiya" MMC (metal konstruksiyaları istehsalı), "Corciya impeks" (fındıq ixracı), "Gürcüstan Beynəlxalq İnvestisiya Korporasiyası", UBC (audit şirkəti), "Xalq bankı", "Narindji" (sitrus meyvələrinin emalı zavodu), "Samqori 94" (alkoqol və alkoqolsuz qazlı içkilər, dondunrma, yağ istehsalı) və Acarıstan MR-in Ticarət-Sənaye Palatası.

Forumda Cemal İnişvili Gürcüstanın siyasət və iqtisadiyyat kontekstində 2007-ci ildə xarici investisiyaların özəlləşdirməsinin yeni rejiminin təqdimatını keçirəcək. "Advokat BLC" şirkətinin nümayəndəsi Aleksandr Bolkvadze məhkəmə, sosial və hüquqi məsələlərin qısa icmalını təqdim edəcək.

Gürcüstan-Fransa investisiya forumunda həmçinin bir sıra gürcü və fransz şirkətlərinin təqdimatı keçiriləcək və fərdi olaraq iş təklifləri təqdim olunacaq və bunun da nəticəsində iki ölkə biznesmenlərinin ikitərəfli görüşləri baş tutacaq.

Xəbər lenti

Xəbər lenti