...

H.Solana Dəməşqə səfəri zamanı Suriya rəhbərliyi ilə Livandakı vəziyyəti müzakirə edəcək

Dünya xəbərləri Materials 10 Mart 2007 12:36 (UTC +04:00)

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Havyer Solana növbəti həftə Livandakı vəziyyəti müzakirə etmək üçün Suriyaya səfər edəcək. Bu, son iki ildə Avropa İttifaqının yüksəkçinli məmurlarından bu ölkəyə ilk səfər hesab olunur. Associated Press xəbər verir ki, Avropa İttifaqının Brüsseldəki sammiti zamanı Havyer Solana: "Mən Livan, Səudiyyə Ərəbistanı və daha sonra Suriyaya səfər etmək niyyətindəyəm",-deyə bildirib.

H.Solananın nümayəndəsi Kristian Qallak bildirib ki, Avropa komissarı 12 martda Ər-Riadda olacaq, burdan isə Beyruta yollanacaq. Bu barədə RBK məlumat yayıb.

Avropa İttifaqı artıq bir neçə dəfə xəbərdarlıq edib ki, "Hizbullah" hərəkatına dəstək verməklə Suriya Livandakı sabitliyi pozur. Eyni zamanda Brüssel hər dəfə Livanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəklədiyini qeyd edir.

Havyer Solananın Səudiyyə Ərəbistanına səfəri Avropa İttifaqının Yaxın Şərqdəki Fələstin münaqişəsinin sona çatması istiqamətində dəstək verməsi kimi dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti