...

NASA: Atlantis şattlının güclü dolu nəticəsində zədələnmiş yanacaq bakının dəyişdirilməsinə ehtiyac yoxdur

Dünya xəbərləri Materials 10 Mart 2007 13:06 (UTC +04:00)

Atlantis kosmik gəmisinin güclü dolu nəticəsində zədələnmiş yanacaq bakı təmir oluna bilər və dəyişdirilməyə ehtiyac yoxdur. Bu nəticəyə ABŞ-ın aeronavtika və kosmik məkanın tədqiqatı üzrə Milli idarəsi (NASA) şattl bakına ilkin baxışdan sonra gəlib. (S) Associated Press-in məlumatına əsasən, bu, gəminin buraxılması üçün vaxtın bir neçə ay sonraya təxirə salınması demək deyil və şattl çox güman ki, kosmosa 2007-ci ilin aprelində göndəriləcək.

Xatırladaq ki, güclü dolu 28 fevral 2007-ci il tarixində Kanaveral burnunda (Florida ştatı) yerləşən kosmodrom meydançasında Atlatis kosmik gəmisinin yanacaq bakını zədələyib. RBK -nın məlumatına əsasən, bununla əlaqədar kosmik gəminin təmir üçün anqara yerləşdirilməsi qərarı qəbul olunub.

Yanacaq bakının zədə almasına görə NASA Atlantisin buraxılmasını təxirə salmağa qərar verib. Buraxılış 15 mart 2007-ci il tarixinə nəzərdə tutulub. Mütəxəssislər xəbərdarlıq edib ki, əgər yanacaq bakının zədəsi ciddi olsa, onun dəyişdirilməsinə ehtiyac yarana bilər və o zaman startı 2007-ci iln iyun ayının sonuna qədər təxirə salmaq lazım gələcək.

Xəbər lenti

Xəbər lenti