...

Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının 4-cü sessiyası keçiriləcək

Dünya xəbərləri Materials 10 Mart 2007 14:10 (UTC +04:00)

Martın 12-də Cenevrədə BMT-nin İnsan Haqları Şurasının 4-cü sessiyası keçiriləcək. Martın 30-na qədər davam edəcək sessiyanın ilk həftəsində 90-na yaxın ölkədən təşrif buyurmuş nazirlər və digər yüksək vəzifəli şəxslər iştirak edəcəklər. Sessiyada Burundi, Liberiya, Konqo Demokratik Respublikası, Myanma və Koreya Xalq Demokratik Respublikasında insan hüquqlarının vəziyyəti ilə bağlı məruzələr dinləniləcək. Əlavə olaraq Darfur və işğal olunmuş Fələstin ərazilərindəki vəziyyətlə bağlı xüsusi material təqdim olunacaq. Bu barədə məlumatı BMT yayıb.

Sessiyanın gedişi zamanı nümayəndələr BMT-nin insan hüquqları üzrə ali komissarı Luiza Arburla dialoq aparacaq və onun illik məruzəsi ilə tanış olacaqlar. Onlar sessiyalar zamanı qəbul olunmuş qərarların icrasının nəticələri barədə, eyni zamanda xüsusi məruzəçilər, müstəqil ekspertlər və işçi qrupların təmsilçiləri ilə müzakirələr aparacaqalar.

Hazırlanmış gündəlikdə duran məsələlərdən bəziləri BMT-nin işgəncələr üzrə xüsusi məruzəçisi Manfred Novak, Məhkəməsiz və əsassız edam üzrə xüsusi məruzəçi Filip Olston, Din və etiqad azadlığı üzrə xüsusi məruzəçi Asmi Cahangir və digərlərinin məruzələrinin dinlənilməsidir.

Xəbər lenti

Xəbər lenti