...

İndoneziyada "quş qripi" qurbanlarının sayı artıb

Dünya xəbərləri Materials 12 Mart 2007 13:31 (UTC +04:00)

İndoneziyada "quş qripi"ndən insan ölümü faktı qeydə alınıb. Şərqi Yava əyalətinin xəstəxanasında 20 yaşlı qadın vəfat edib. O, xəstəxanada beş gün müalicə alıb. Bu barədə (S) Associated Press məlumat verib. Beləliklə, İndoneziyada "quş qripi"ndən artıq 65 insan dünyasını dəyişib.

RBK -nın məlumatına əsasən, 2003-cü ilin sonundan dünyada "quş qripi"ndən 168 insan vəfat edib.

Xəbər lenti

Xəbər lenti