...

Rusiyanın "Atomtikintieksport" QSC –nin nümayəndə heyəti Tehrana gəlib

Dünya xəbərləri Materials 12 Mart 2007 19:11 (UTC +04:00)

Rusiyanın "Atomtikintieksport" QSC-nin nümayəndə heyəti - "Buşəhr" AES -ın tikintisi üzrə podratçılar bu gün Tehrana gəlib.

İRNA . -ın məlumatına görə, səfərin əsas məqsədi İranın atom-elektrik təşkilatının rəhbərləri ilə "Buşəhr" AES -də təminatın təşkil olunması və tikintinin nizamlı maliyyələşməsi üzrə danışıqlara yenidən başlamaqdır.

"ASE" QSC-nin rəhbərliyi ilə İranın AET nümayəndələri arasında danışıqların növbəti raundu 9 mart 2007-ci ildə Moskvada baş tutub. Üç günlük danışıqlarda İRİ AET nümayəndələri "Buşəhr" AES tikinti sifarşçilərini "Atomtikintieksport"u layihənin maaliyyə gecikmələrinin səbəbi barədə məlumatlandırıb, itkini barpa etməyə hazır olduqlarını bildiriblər.

"Atomtikintieksport"un nümayəndələri sifarişçiləri məlumatlandırıblar ki , "Buşəhr" AES-in kredit layihəsi 2006-cı ilin sentyabrından şirkətin vasitələri hesabına həyata keçmir. Həmçinin İran tərəfindən stansiyanın fiziki buraxılışınadək "Buşəhr" AES-in təhlükəsizliyinin təmin edilməsi və tikintisinin nizamlı maaliyyələşməsi müzakirə olunub.Tərəflər hazırkı mövzuyla bağlı yekun qərar qəbul edə bilməyiblər. Danışıqlar gələn həftə Tehranda davam edəcək.

Xəbər lenti

Xəbər lenti