Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Belçikanın "De Standaard" qəzeti, "Dostluğun ilk şərti bilmək və tanımaqdır" şüarıyla başlatdığı kampaniya çərçivəsində, oxucularına 880 səhifəlik flemenk dilinə tərcümə olunmuş Qurani Kərim hədiyyə edib.
"De Standaard" qəzetinin oxucularına hədiyyə etdiyi Quranın elə ilk gündə qurtardığını bildirən baş redaktor Sturtevagen, oxucularından bu cür yüksək səviyyədə maraq gözləmədiklərini ifadə edib. Avropa ve Belçikada milyonlarla müsəlman yaşadığını qeyd edən Sturtevagen birlikdə yaşamaq üçün islam dinini öyrənmək məcburiyyətində olduqlarını söyləyib.
Qəzet ilk gün Quran hədiyyə edərək başlatdığı kampaniyada oxucularına islamla bağlı 15 əlavə kitabça da verməkdədir. Kitabçalarda islam dininin tarixi, islam və xristianlıq, sünni və şiələr, islam və Qərb dünyası, Belçikada islam, islam dinində terror, islam dinində qadına münasibət kimi əhəmiyyətli məsələlərə geniş yer verilib. Qəzet ilk gün Quran hədiyyə edərək başlatdığı kampaniyada oxucularına islamla bağlı 15 əlavə kitabça da verməkdədir. Kitabçalarda islam dininin tarixi, islam və xristianlıq, sünni və şiələr, islam və Qərb dünyası, Belçikada islam, islam dinində terror, islam dinində qadına münasibət kimi əhəmiyyətli məsələlərə geniş yer verilib.