...

AEBA-nın başçısı Pxenyandakı görüşündən müsbət nəticələrə ümid edir

Dünya xəbərləri Materials 13 Mart 2007 15:09 (UTC +04:00)

RİA Novosti . -nin verdiyi məlumata görə,Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Məhəmməd əl-Baradeyi Pxenyana səfərə gedib. Onun KXDR-in paytaxtına səfərinin məqsədi birgə bəyanatın həyata keçməsi yollarını müzakirə etmək, 2007-ci ilin fevral ayında Kareya yarımadasında altı ölkənin nüvə problemi barədə danışıqlarının 5-ci mərhələsinin yekunu üzrə məsləhətləşməkdir. Bu sənədə əsasən, KXDR nüvə yanacağı emalı obyekləri də daxil olmaqla Yonbendə nüvə hədəfini bağlayacaq və möhür vuracaq, KXDR və AEBA arasında razılaşmaya əsasən, AEBA-dan olan şəxsləri monitorinq və yoxlamaların aparılması üçün bütün lazımi obyektlərə buraxacaq. Pxenyan hava limanında əl-Baradeyi Sinxua agentliyinə bildirib ki , o, KXDR ilə münasibətdə AEBA-in inkişafa nail ola biləcəyinə ümid edir. "Biz həmçinin altı ölkə danışıqlarının nail olduğu müqavilənin həyata keçməsi yollarının müzakirəsinə də inanırıq. Müsbət nəticələrə ümid edirəm ",- AEBA-nın başçısı deyib. O əlavə edib ki, iki günlük səfəri zamanı KXDR-ın Atom Enerjisi üzrə Baş Bürosunun rəhbərliyi ilə də görüşmək niyyətindədir. Şimali Koreya AEBA-nın müfəttişlərindən 2002-ci ilin dekabr ayında ölkəni tərk etməyi tələb edib, 2003-cü ilin yanvar ayında isə özünün nüvə silahının yayılmaması üzrə razılaşmadan çıxdığını elan edib. Əl-Baradeyi Pekinə çərşənbə günü qayıdacaq. Burada isə ABŞ Dövlət Katibliyinin nümayəndəsi Xiristofer Xillə görüş gözlənilir.

Xəbər lenti

Xəbər lenti