...

UNİCEF Moldovanın məişət zorakılığının aradan qaldırılmasına yönəltdiyi səylərini alqışlayıb

Dünya xəbərləri Materials 14 Mart 2007 11:36 (UTC +04:00)

BMT-nin uşaq fondu (UNİCEF) Moldova parlamentinin ölkədə məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizəyə istiqamətləndirdiyi qanunun qəbul edilməsini alqışlayıb. Yeni qanunvericilik zorakılıq qurbanlarının hüququnu müdafiə edir və onlar üçün reabilitasiya mərkəzlərinin yaradılmasını nəzərdə tutur. UNİCEF hesab edir ki, qanunun qəbul edilməsi Moldovada 15 yaşından böyük olan bütün qadınların əksəriyyəti həyatlarında bir dəfə ailə üzvləri tərəfindən və əsasən də həyat yoldaşları tərəfindən zorakılığa məruz qalmasını nəzərə alaraq çox vacib addımdır. Bu məlumatlar UNİCEF və BMT-nin əhali üzrə Fondunun dəstəyi ilə hökumətin apardığı tədqiqatların gedişində əldə olunub. Bu barədə BMT məlumat verib.

"Zorakılıq hallarına heç cürə haqq qazandırıla bilməz. Onların kökünü kəsmək lazımdır", Moldovada UNİCEF nümayəndəsi Rey Torres bəyan edib. O, yeni qanunvericiliyin məişət zorakılığına son qoymağa imkan verəcəyinə ümidvar olduğunu bildirib. Bu zorakılıq bir tərəfdən geniş miqyas alıb, digər tərəfdən problem kimi qəbul olunmayıb.

UNİCEF nümayəndəsi qeyd edib ki, məişət zorakılığı sağlamlıq, uşaqların inkişafı və ümumilikdə cəmiyyət üçün olduqca fəlakətlidir. O, əlavə edib ki, Moldovada bu zorakılıq yeniyetmələr arasında cinayətkarlığa, uşaqlardan imtina edilərək uşaq evlərinə verilməsinə səbəb olur.

Rey Torres bəyan edib ki, Moldovada məişət zorakılığının yalnız kənd yerlərində olması fikrinə son qoymağın vaxtı çatıb. Tədqiqatlar göstərib ki, bu zorakılıqdan bütün kənd qadınlarının 27 faizi və şəhər qadınlarının 24 faizi əziyyət çəkir.

UNİCEF Moldova hökumətinin ölkədə zorakılığın aradan qaldırılması ilə bağlı əlindən gələni edəcəyi iradəsini alqışlayıb. 2006-cı ildə BMT-nin uşaq fondunun dəstəyi ilə Moldova rəhdəbliyi uşaqlara qarşı zoraklığın qarşısının alınması üçün Milli fəaliyyət planını hazırlayıb. Hazırda bu sənəd razılaşdırılma mərhələsindədir. UNİCEF nümayəndəsi bu prosesi sürətləndirməyə çağırıb.

Xəbər lenti

Xəbər lenti