...

Qazaxıstan sərhədçiləri Tacikistandan gələn 58 qanunsuz miqrantı saxlayıblar

Dünya xəbərləri Materials 14 Mart 2007 13:17 (UTC +04:00)

Qazaxıstan sərhədçiləri Tacikistandan olan 58 qanunsuz miqrant saxlayıblar. Bu barədə

Kazakhstan Today -a Qazaxıstanın MTK-in Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat veriblər. Məlumata əsasən, "Jaysan dəmiryolu" sərhəd yoxlama bölməsində 5 nömrəli qatarda pasport yoxlanışı aparılarkən Daşkənd- Moskva sərhəd dəstəsinin məlumatıyla 58 Tacikistan vətəndaşı tutulub. "Sərhəd yoxlamaları zamanı saxlananlardan birində miqrant milisi bölməsinin qeydiyyat kartının olmaması aşkarlanıb".

Mətbuat xidmətinin məlumatına əsasən, sərhəd qanununu pozan 35 nəfər Aktobenin nəqliyyat prokurorluğuna təhvil verilib, 23 Tacikistan vətəndaşı haqqında araşdırmaların davam etdirilməsi üçün onlar Aktobenin milis bölməsinə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti