Türkiyə, Ankara/ müxbir. Trend Ə.Ələsgərov/ Trend in Ankaradakı xüsusi müxbirinin verdiyi məlumata görə, polad və dəmir tədqiqi üzrə Beynəlxalq institutun məlumatına əsasən, Türkiyə 2006-cı ildə 23,3 milyon ton polad istehsal edib və istehsalat üzrə dünyada 11-ci yeri tutub. Polad və dəmir məmulatlarının əridilməsi sahəsində Türkiyə Fransanı qabaqlayıb.
İnstitutun rəqəmlərinə əsasən, keçən il dünyada 1 milyard 239 milyon ton polad istehsal edilib. Adı çəkilən məhsul üzrə birinci yerdə 418 milyon ton polad istehsal edən Çin, ikinci yerdə Yaponiya - 116 milyon ton, üçüncü yerdə isə 98,5 milyon ton poladla ABŞ durur.