...

Ukraynanın Ali Məhkəməsi 2006-cı ilin mayında prezident tərəfindən qovulmuş Kiyev vilayəti qubernatorunu vəzifəsinə qaytarıb

Dünya xəbərləri Materials 14 Mart 2007 16:46 (UTC +04:00)

Ukrayna, Kiyev/ Trend müxbir Z.Novosvitski/ Ukraynanın Ali Məhkəməsi Kiyev inzibati vilayətinin başçısı Yevqeniya Jovtyakın vəzifəsinə qaytarılması barədə qərar qəbul edib (o, 2006-cı ilin may ayında Ukrayna prezidentinin əmrinə əsasən vəzifəsindən qovulmuşdu).

Bu barədə məlumatı Trend in Kiyevdəki xüsusi müxbiri verib.

Məhkəmənin qərarı qəti hesab olunur və qərardan şikayət qəbul olunmur.

Vəkilin sözlərinə görə, Y.Jovtyakın V.Yuşşenkoya qarşı iddiasının əsas səbəbi onun əsassız olaraq qubernator vəzifəsindən çıxarılması olub.

"Ali Məhkəmənin qərarından sonra isə Viktor Yuşşenko hazırda bu vəzifəni icra edən Vera Ulyançenkonun əvvəlki işçinin bərpa olunması ilə əlaqədar işdən azad olunması barədə əmr verməlidir",-deyə iddiaçının vəkili bildirib.

Xəbər lenti

Xəbər lenti