...

Kiyevdə Çexiya və Polşada RƏM vasitələrinin yerləşdirilməsi barədə Ukrayna-Amerika məsləhətləşmələri davam edir

Dünya xəbərləri Materials 14 Mart 2007 18:48 (UTC +04:00)

Ukrayna, Kiyev /müxbir. Trend Z.Novosvitski/ Martın 14-də Ukrayna Müdafiə Nazirliyində raket əleyhinə müdafiə sistemi üzrə Amerika hərbi ekspertlərinin Ukraynaya səfəri çərçivəsində Ukrayna-Amerika təsisatlararası məsləhətləşmələri aparılacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məsləhətləşmələrdə Ukrayna tərəfindən Ukraynanın müdafiə naziri Anatoli Qriçenko iştirak edir, Amerika tərəfindən isə ABŞ raket əleyhinə müdafiə Agentliyinin direktoru general-leytenant Henri Oberinq və digər şəxslər iştirak edirlər.

Məsləhətləşmələr zamanı Amerika Ukrayna hökumətininin rəsmi şəxslərini ABŞ-ın planı ilə tanış edəcək. Bu plan isə raket əleyhinə müdafiə sisteminin Çexiya və Polşa ərazisində yerləşdirilməsi ilə bağlıdır.

Xəbər lenti

Xəbər lenti