...

Gürcüstan-Azərbaycan sərhədində gürcü gömrükçülərinin rüşvət alması faktı aşkarlanıb

Dünya xəbərləri Materials 17 Mart 2007 12:21 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Gürcüstan-Azərbaycan sərhədində gürcü gömrükçülərinn maşınların Gürcüstan ərazisinə keçməsi üçün yanacaq halında rüşvətin alması faktı aşkarlanıb. Bu barədə Trend in xüsusi müxbiri Tiflisdən xəbər verib.

Gürcüstan sərhəd rayon polis departamentindən bildirilib ki, Gürcüstanın sərhəd rayon polisinin rəisi Badri Bintsadze şəxsən Laqodexiyə (Kaxeti regionu) baş çəkib və yerindəcə "Tsodna" sərhəd-keçid məntəqəsində gömrük əməkdaşlırının sərhədi keçən maşınlardan yanacaq halında rüşvət alması ilə bağlı olan operativ məlumat təsdiqini tapıb.

İş üzrə bütün materiallar baş prokurorluğa təqdim olunub. Hadisə yerində sərhəd rayon polisinin müstəntiqi işləyir. Sərhəd idarəsindən bildirilib ki, son zamanlar Gürcüstan ərazisinə keçən maşınların sürücülərindən sərhədi keçmək müqabilində 40- 60 litr yanacaq alınması barədə məlumatlar daxil olub. Hadisə yerində gömrük əməkdaşlarının mənşəyinə aydınlıq gətirə bilmədiyi yanacaq qabları aşkar olunub.

Xəbər lenti

Xəbər lenti