...

"Novruz"la əlaqədar Türkiyədə təhlükəsizlik tədbirləri gücləndirilib

Dünya xəbərləri Materials 17 Mart 2007 13:37 (UTC +04:00)

Türkiyə,Ankara/müxbir Trend Ə.Ələsgərov/ Novruz bayramının ektremist təşkilatları tərəfindən kütləvi qarışıqlıq yaradılması üçün istifadə edilməsi mümkünlüyünü nəzərə alaraq bütün Türkiyə üzrə təhlükəsizlik tədbirləri gücləndirilib.

Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına əsasən, hər il ekstremist təşkilatları, əsasən də PKK tərəfdarları provokasiya və ölkənin Avropa İttifaqı ilə münasibətlərini çətinləşdirmək üçün bayramdan istifadə edir. Hüquq-mühafizə orqanları qarşısında bayram keçirənlərin arasına ekstremistlərin daxil olmaması, həmçinin onların ziddiyyətli fəaliyyətinin sənədləşdirilməsi tapşırığı qoyulub. Novruz ərəfəsində Türkiyənin şərq rayonlarında kütləvi qarışıqlığın mümkünlüyü ilə bağlı təhlükə var.

Xəbər lenti

Xəbər lenti