...

Şirakı məhkəmə sorğusu gözləyir

Dünya xəbərləri Materials 19 Mart 2007 12:21 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend E.Məcidli/Fransanın prezidenti Jak Şirakı mayın 16-da prezidentlik səlahiyyətlərinin başa çatmasından bir ay sonra, iyun ayının ortalarında ifadəsi alınması üçün məhkəməyə çağrılacaq.

12 ildir Fransanın prezidenti olan 74 yaşlı Şirak, 1977-1995 illər arasında Paris bələdiyyə başçısı olduğu vaxtda vəzifəsindən sui-istifadə etməklə bağlı ittihamlara cavab vermək üçün məhkəmədə ifadə verəcək.

Paris yaxınlığındakı Nanter bölgəsindəki məhkəmədə Şirakın bələdiyyə başçısı olduğu vaxt ərzində çalışmadıqları halda bələdiyyədən maaş alan adamlarla bağlı ifadəsi alınacaq.

İttihamlarda Şirakın bələdiyyə başçılığı dövründə öz partiyasının tərəfdarlarının şirkətləri ilə çalışaraq onlara külli miqdarda pul qazandırdığı bildirilir.

Növbəti prezident seçkilərində namizəd olmadığını açıqlayan Şirak, bu ittihamların yalan olduğunu söyləyib.

Məhkəmə sorğusu zamanı iddialar təsdiqlənərsə, Şiraka 10 ilə qədər həbs və 500 avroya yaxın pul cəriməsi verilməsiylə bağlı məhkəmə başlayacaq.

1995-ci ildə Fransanın prezidenti seçilən Şirakın siyasi toxunulmazlığı olduğu üçün neçə ildir ifadəsinin alınması mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti