...

Parislə Strasburq arasındakı qatar səfəri 2 saat 20 dəqiqə çəkib

Dünya xəbərləri Materials 19 Mart 2007 12:29 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend E.Məcidli/Fransada Paris ilə Strasburq şəhərlərini birləşdirən qatar səfəri, sürətli qatarların reysə buraxılmasıyla 2 saat 20 dəqiqə çəkib.

Səfər vaxtını 1 saat 40 dəqiqə azaldan "TGV-Est" qatarlarının istifadəyə verilməsi, Fransa ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanıb.

Sürətli qatarın istifadəyə verilməsi mərasimində Fransanın Nəqliyyat Naziri Dominik Perben, tanınmış iş adamları və digər rəsmi qonaqlar iştirak edib. Perben, mərasimdə çıxış edərək bu qatarların istifadəyə verilməsində əməyi keçən hər kəsə təşəkkür edib. Öz çıxışında iki şəhər arasındakı normal qatar səfərlərinin 4 saat sürdüyünü xatırladan nazir, sürətli qatarların aradakı zaman məsafəsini azaltmasıyla qatar nəqliyyatına olan marağın daha da artacağın vurğulayıb.

Qeyd etmək lazımdır ki, test səfərlərində 553 km sürətlə gedən bu qatarlar, sərnişin səfərlərində 320 km-dən sürətli getməyəcək.

Bu səfərin istifadəyə verilməsi üçün inşaatı 5 il sürən və ətrafı 3000 məşəllə bəzədilən dəmiryolunun uzunluğu 300 kilometrdir.

Xəbər lenti

Xəbər lenti