...

Əhalinin Sosial Müdafiəsi Fondunun rəhbəri: Xarici vətəndaşların sığorta məsələsi praktiki olaraq həll olunub

Dünya xəbərləri Materials 20 Mart 2007 14:26 (UTC +04:00)
Əhalinin Sosial Müdafiəsi Fondunun rəhbəri: Xarici vətəndaşların sığorta məsələsi praktiki olaraq həll olunub

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Əhalinin Sosial Müdafiəsi Fondu (ƏSMF) Azərbaycanda işləyən xarici vətəndaşlara sosial sığotanın ödənilməsi ilə bağlı danışıqların yekun mərhələsindədir. Bu barədə ƏSMF-in rəhbəri Səlim Müslimov məlumat verib.

"Bizim yalnız "Şahdəniz" və "Azəri-Çıraq-Günəşli" ilə bağlı problemlərimiz var idi. Biz danışıqların sonuncu mərhələsindəyik. Ümid edirəm ki, martın sonuna qədər bu problem həll olunacaq", deyə fond rəhbəri bildirib.

O, həmçinin qeyd edib ki, hazırda Azərbaycanda işləyən təxminən beş min xarici vətəndaş Əhalinin Sosial Müdafiəsi Fondunda qeydiyyatdan keçib. Bu şəxslərə sosial sığorta ödəmələri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti