...

İsrailin baş naziri və Fələstin başçısı müntəzəm görüşəcəklər – ABŞ dövlət katibi

Dünya xəbərləri Materials 27 Mart 2007 16:18 (UTC +04:00)

İsrailin baş naziri Exud Olmert və Fələstin milli adminstraiyasının başçısı Mahmud Abbas müntəzəm görüşlər keçirəcəklər. İTAR-TASS . -ın məlumatına görə, bu barədə ABŞ dövlət katibi Kondoliza Rays Yerusəlimdə reguona səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

O qeyd edib ki, iki liderin müzakirəsi "yol xəritəsi" planına əsasən Fələstin respublikasının yaranmasında irəliləyiş əldə edilməsinə həsr olunacaq. Rays eyni zamanda deyib ki, indi ölkələr hələ əsas danışıqlar mərhələsinə çıxmayıblər. "Hazırkı mərhələdə inam və etibarın möhkəmlənməsi üçün başlanğıc müzakirələr gedir"- deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti