...

İranın XİN rəhbəri:Tehran atom proqramı üzrə mövqeyini müdafiə edəcək

Dünya xəbərləri Materials 28 Mart 2007 10:51 (UTC +04:00)

İran qəti olaraq nüvə proqraını və mövqeyini müdafiə etmək niyyətindədir. Bu mövqe İran xalqının ayrılmaz hüququ olan sülh məqsədilə nüvə silahının yayılmaması rejimi çərçivəsində nüvə texnologiyalarının hazırlanması və istifadəsindən ibarətdir. Bu barədə İRNA məlumat verib.

Bu barədə bu gün İran İslam Respublikasının XİN rəhbəri Manuçöhr Mottaki bəyan edib. O, həmçinin ABŞ-ın və onun müttəfiqlərinin İrana münasibətdə ayrı-sekilik siyasətini tənqid edib.

"İslam Respublikasının sülh məqsədilə nüvə texnologiyalarının mənimsənilməsinə qarşı çıxaraq düşmənlər İranın dayanıqlı inkişafını dayandırmağa çalışırlar", deyə iranlı diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti