...

Qırğızıstan prezidenti bəzi hökumət üzvlərini istefaya göndərib

Dünya xəbərləri Materials 28 Mart 2007 14:35 (UTC +04:00)

Qırğızıstan prezidenti Kurmanbek Bakiyev hökumətin beş üzvünü istefaya göndərib. Bu barədə İTAR-TASS -a bu gün Qırğızıstan Nazirlər Kabineti Aparatından məlumat veriblər.

İstefaya baş nazirin birinci müavini, iqtisadi bloka nəzarət edən Daniyar Usenov, hökumət aparatının rəhbəri Tınıçbey Tabaldiyev, FHN rəhbəri Canış Rustəmbəyov, cəhiyyə naziri Şayloobey Niyazov, iqtisadi inkişaf və ticarət naziri Cabırbey Moldokulov göndərilib.

Hökumət üzvlərinin istefasının səbəbləri hələ məlum deyil. Yaxın saatlarda isə Qırğızıstan hökumətinin başçısı Azim İsabeyovun bu barədə xüsusi bəyanatı gözlənilir.

Xəbər lenti

Xəbər lenti