...

Türkiyənin AB-yə daxil olması ilə bağlı danışıqlar bərpa olunacaq

Dünya xəbərləri Materials 30 Mart 2007 11:22 (UTC +04:00)

Avropa Birliyi və Türkiyə cümə günü ölkənin bu regional təşkilata üzv olması ilə bağlı danışıqları bərpa edir. RİA Novosti -yə əsasən bu barədə Brüsseldəki diplomatik mənbə məlumat verib.

Mənbənin məlumatına görə, danışıqlar "müəssisə və sənaye" inteqrasiya dosyesinin ikinci bölməsinə əsasən aparılacaq.

2005-ci ilin oktyabrında başlamış və 2006-ci ilin dekabrında dondurulmuş AB və Türkiyə danışıqları prosesinə 35 bölmə daxildir. Bu vaxta qədər tərəflər yalnız onların birincisi - "elm və tədqiqat" bölməsini müzakirə edib. Digər bölmələrin müzakirəsi Türkiyənin AB gömrük şurası müqaviləsini təşkilatın Kipr də daxil olmaqla bütün dövlətlərinə aid etməkdən, həmçinin onun üçün Türkiyənin dəniz və hava limanlarını açmaqdan imtina etməsindən sonra müvəqqəti dondurulub.

Ekspertlərin qiymtələndirmələrinə görə, Türkiyənin AB-yə daxil olması üzrə danışıqlar bu dövlətə təşkilatda tamhüquqlu üzvlüyün verilməsinə zəmanət vermədən 10-15 il uzana bilər.

Xəbər lenti

Xəbər lenti