...

Batumi kimya zavodunun 30,48 faiz aksiyası satılıb

Dünya xəbərləri Materials 30 Mart 2007 17:12 (UTC +04:00)

Gürcüstan , Tiflis /müxbir. Trend N.Kirüxalia/ Acarıstan MR-in Maliyyə və iqtisadiyyat nazirliyi "Batumi kimya zavodu"nun gəlirlərinin bir hissəsini hərracda satıb. Acarıstan MR Maliyyə və iqtisadiyyat nazirliyinin dövlət mülkiyətinin qeydiyyatı idarəsindən Trend in Tiflisdəki xüsusi müxbirinə verilən məlumata görə, 30.483 faiz aksiyanı fiziki şəxs Rezo Kurşubadze 63 400 dollara alıb.

Nazirlikdən qeyd edildiyinə görə, bu obyekt 3-cü dəfədir ki, hərraca çıxarılır və buna görə də 20 faiz endirimlə satılıb. Obyektin nizamnamə kapitalı 319882.00, başlanğıc qiymət - 67912.00 təşkil edir. Satışa inzibati bina, zavodun şirə istehsalı binası, vasitələrin yuyulması binası, yeməkxana, şüşə sexi, anbar binası və digər köməkçi binalar, həmçinin 6136 kv.m torpaq sahəsi qoyulub.

Xəbər lenti

Xəbər lenti