...

Avropa İttifaqı təmsilçisi İran prezidenti ilə britaniyalı dənziçilərin azad olunması məsələsini müzakirə etmək niyyətindədir

Dünya xəbərləri Materials 31 Mart 2007 11:52 (UTC +04:00)

Avropa İttifaqının xarici siyasət və təhlülkəsizlik üzrə təmsilçisi Xavyer Solana İran prezidenti Mahmud Əhmədinejadla 15 britaniyalı hərbi dənizçininin azad olunması məsələsini müzakirə etmək niyyətində olduğunu bəyan edib. "Mən telefon danışığında ona dənizçilərin tutulmasının səhv olduğunu və beynəlxalq birliyin üzvü olan bir ölkənin özünü bu cür aparmamalı olduğunu başa salmağa çalışacağam",- Xavyer Solana Avropa İttifaqı xarici işlər nazirlərinin görüşündə çıxış edərkən bildirib.

RBK Reuters-ə istinadən xəbər verir ki, 15 britaniyalı dənizçinin saxlanılması artıq "Böyük Britaniya və İran arasında yox, İran və bütün Avropa İttifaqı arasında olan bir məsələdir.

Britaniya hərbçiləri 2007-ci ilin 23 martında Fars körfəzinin şimal hissəsində İraq və İranın ərazi sularının sərhədində saxlanılıb.

8 dənizçi və 7 dəniz piyadası qaçaq avtomobil daşıdığı güman edilən ticarət gəmisini yoxlayarkən həmin əraziyə bir neçə İran hərbi kateri yaxınlaşıb. Britaniya dənziçiləri və onlara məxsus iki kater saxlanılıb. Tehran iddia edir ki, britaniyalılar İranın dövlət sərhədini pozublar. Böyük Britaniya isə dənizçilərin İraqın ərazi sularında olduğunu bildirir və dərhal onların azad olunmasını tələb edir.

BMT TŞ məsələdən dərin narahatlıq keçirdiyini bildirib. Təhlükəsizlik Şurası məsələnin qısa müddətdə həll olunması üçün İranı britaniyalıları azad etməyə çağırır. Avropa İttifaqı da Böyük Britaniyanı dəstəkləyir və dənizçiləri azad etməyə çağırır.

İran prezidenti Mahmud Əhmədinejadın Böyük Britaniyadan dənizçilərin onun ərazi sularına soxulmasına görə üzr istəməyi tələb edib. Həmçinin İran BMT Təkhlükəsizlik Şurasının bəyanatını əhəmiyyətsiz adlandırıb. "Məsələ ikitərfli qaydada həll oluna bilər və belə də olmalıdır. Böyük Britaniyanın məsələyə üçüncü qüvvəlləri, o cümlədən BMT TŞ-ni qatrması əhəmiyyətsizdir", - deyə BMT-dəki İran nümayəndəliyinin məlumatında bildirilir.

Xəbər lenti

Xəbər lenti