...

Britaniyalı dənizçilər İran sularına daxil olduqları yeri göstərib

Dünya xəbərləri Materials 2 Aprel 2007 10:39 (UTC +04:00)

İranın ərəb dilli "Əl-Alam" telekanalı martın 23-də İran sərhədçiləri tərəfindən saxlanılmış britaniyalı hərbçilərin coğrafi xəritədə İslam Respublikasının ərazi sularına daxil olduqları yeri göstərdiyi kadrları yayıb. İki britaniyalı dənizçi eyni xəritəni göstərərək kameraya danışırlar, lakin onların səsi kadr arxasında qalıb. Bu barədə İTAR-TASS məlumat verib.

Telekanalın diktorunun məlumatına əsasən, hər ikisi İran sularına "qeyri-qanuni" daxil olduqlarını "etiraf edib". Teleproqramın aparıcısı 15 saxlanılan şəxslə "yaxşı və humanistcəsinə" davrandıqlarına xüsusi olaraq diqqət ayırıb.

Xəbər lenti

Xəbər lenti