...

Fələstin prezidenti İsraili ərəblərin sülh təşəbbüsünə doğru "konstruktiv addımlar" atmağa çağırır

Dünya xəbərləri Materials 2 Aprel 2007 14:53 (UTC +04:00)

Fələstin muxtariyyətinin prezidenti Mahmud Abbas İsrail tərəfini ərəblərin yeni sülh təşəbbüslərinə doğru "konstruktiv addımlar" atmağa çağırır. Bu barədə Associated Press-ə istinadən RBK xəbər yayıb. Daha öncə İsrailin baş naziri Ehud Olmert ərəb ölkələrinin İsrailə münasibətdə "inqilabi dəyişikliklər"ini qeyd edib.

Səudiyyə Ərəbistanında keçirilən ərəb dövlətləri Liqası Sammitini şərh edərkən E.Olmert qeyd edib ki, ərəb liderlərinin görüşlərini əhəmiyyətli hesab etmək olar.

Martın 29-da başa çatan Ərəb Ölkələri Liqasının sammitindən sonra ərəb dövlətləri Fələstin problemini həll etmək üçün İsrailə "Sülh müqabilində torpaq" prinsipləri əsasında sülh təklif ediblər. ABŞ-ın dövlət departamenti ərəblərin təşəbbüsünü müsbət qiymətləndirib. İsrail XİN isə danışıqlar aparılmasına hazır olduğunu bildirsə də, təşəbbüsü şərh etməyib.

Xəbər lenti

Xəbər lenti