...

Fransada Sarkozi əleyhdarları etiraz aksiyaları keçirir

Dünya xəbərləri Materials 2 Aprel 2007 18:34 (UTC +04:00)

Fransa, Strasburq/ Trend müxbir E.Məcidli/ Fransada prezindent seçkiləri yaxınlaşdıqca keçmiş daxili işlər naziri, prezidentliyə namizədlərdən biri olan Nikolas Sarkoziyə qarşı başlayan etiraz aksiyaları getdikcə güclənir.

Öz çıxışında Türkiyənin Avropa İttifaqına girməsinə qarşı olduğunu dəfələrlə ifadə edən Sarkozi ölkədə yaşayan 500 mindən çox türkün onun əleyhdarına çevrilməsinə səbəb olub.

Ölkədə yaşayan başqa millətlərə qarşı apardığı daxili siyasətə kəskin etiraz edən etnik xalqların nümayəndələri, ölkənin müxtəlif şəhərlərində Sarkozinin prezident seçilməməsi üçün təbliğat aparır, ölkədəki ən böyük azlıqlardan olan türk və ərəb əsilli fransız vətəndaşlarını Sarkoziyə səs verməməyə çağırırlar.

Müxtəlif şüar və devizlərlə Sarkozinin seçki ofisləri qarşısında keçirilən etiraz aksiyaları, Fransa polisini də çətin vəziyyətdə qoyub.

Sarkozi isə etiraz aksiyalarını normal qarşıladığını bildirib. Seçki kompaniyasına davam ediyini bildirən keçmiş nazir xalqın ona verdiyi dəstəyi yaxından hiss etdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti