...

Tacikistanda zəlzələ baş verib

Dünya xəbərləri Materials 3 Aprel 2007 10:59 (UTC +04:00)

Düşənbə seysmik stansiyasının məlumatına əsasən, zəlzələnin episentri Düşənbədən 295 km cənub-şərqdə - Mərkəzi Asiyanın 12 ballıq şkalasına əsasən yeraltı təkanın 5 bal təşkil etdiyi Əfqanıstan ərazisində baş verib. Bu barədə İTAR-TASS məlumat verib.

Tacikistanın paytaxtında qorxuya düşmüş sakinlər pəncərə şüşələrinin titrədiyi, çılçıraqların yelləndiyi, döşəmənin "hərəkət etdiyi" mənzillərini tərk edib.

Fövqəladə Hallar üzrə Komitənin məlumatına əsasən, xilasedicilər hər hansı dağıntılar barədə məlumata malik deyil.

Xəbər lenti

Xəbər lenti