...

Gürcüstana ABŞ konqresmenləri gəlib

Dünya xəbərləri Materials 3 Aprel 2007 12:12 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/ABŞ Konqresinin nümayəndə heyətinin bir neçə nümayəndəsi bu gün gecə Gürcüstana gəlib. Trend in Tiflisdəki xüsusi müxbirinə Gürcüstan parlamentindən verilən məlumata əsasən, konqresmenlərin nümayəndə heyətinin ikinci hissəsi Tiflisə aprelin 4-də gələcək.

Gürcüstan parlamentinin rəhbəri Nino Burcanadzenin bildirdiyinə görə, ölkənin ali qanunverici orqanının ali bürosunun iclasında konqresmenlər aprelin 5-də müxalifət nümayəndələri ilə görüş keçirəcək.

Aprelin 4-də Gürcüstanın qanunverici orqanının İlya Çavçavadze adına zalında Konqresin numayəndə heyəti mass-media nümayəndələri və parlamentarilərlə görüşlər keçirəcək.

Bununla yanaşı, Amerika konqresmenlərinin Parlament rəhbəri və digər hökumət nümayəndələri ilə görüşləri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti