...

Rusiya Ukraynada siyasi böhranın nizamlanmasına yardım etməyə hazırdır – RF XİN başçısı

Dünya xəbərləri Materials 3 Aprel 2007 18:02 (UTC +04:00)

Rusiya Ukraynada siyasi böhranın nizama salınmasına yardım etməyə hazırdır. Bunu RF XİN başçısı Serqey Lavrov bildirib. "Exo Moskvı" radiostansiyası xəbər verir ki, onun sözlərinə görə, bu yardımetmə marağı olan ölkələr tərəfindən Rusiya rəhbərliyinə müraciətdən sonra mümkün ola bilər.

RBK .-nın məlumatına əsasən, nazir qeyd edib ki, Ukraynada vəziyyətin sahmana salınmasına Konstitusiya çərçivəsində və bütün siyasi qüvvələrlə danışıqlar yolu ilə nail olmaq lazımdır.

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Viktor Yuşenkonun Ali Radanın buraxılması və 2007-ci il mayın 27-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə fərmanı "Ukrayna prezidentinin xəbərləri" adlı xüsusi buraxılışda dərc edilib və qüvvəyə minib.

Xəbər lenti

Xəbər lenti