...

İndoneziyada "quş qripi"ndən ölənlərin sayı 72 nəfərə çatıb

Dünya xəbərləri Materials 4 Aprel 2007 12:31 (UTC +04:00)

RBK -nın Reuters-ə istinadən verdiyi məlumata əsasən, İndoneziyada "quş qripi"ndən ölənlərin sayı 72 nəfərə çatıb. Ölkənin Səhiyyə Nazirliyi nümayəndəsinin sözlərinə görə, təhlükəli xəstəliyin növbəti qurbanı 23 yaşlı Cakarta sakini olub.

2003-cü ilin sonlarından etibarən dünyada "quş qripi"ndən 170-ə yaxın insan ölüb. Bu təhlukəli virus insandan insana da keçə bilər. Mütəxəssislərin fikrincə, bu zaman bəşəriyyət ümumdünyəvi epidemiyaya yoluxa bilər.

Xəbər lenti

Xəbər lenti