...

Vətəndaşların həyatının pisləşməsi məsuliyyəti prezidentin üzərindədir – Ukrayna baş naziri

Dünya xəbərləri Materials 4 Aprel 2007 17:12 (UTC +04:00)

Siyasi vəziyyətin kəskinləşməsi ucbatından Ukrayna vətəndaşlarının həyatının pisləşməsi məsuliyyəti prezident Viktor Yuşenkonun üzərindədir. RBK . - nın məlumatına görə, bu fikri Ukraynanın baş naziri Viktor Yanukoviç hökumətin iclasında bildirib.

"Mən öz qənaətimi ölkədəki qeyri-sabitliyin hansı fəsadlara gətirib çıxaracağı barədə də bildirmişəm. Hər şeydən əvvəl bu, iqtisadi vəziyyətə mənfi təsir edəcək, bu isə vətəndaşların həyatının pisləşməsi deməkdir. Buna görə də tam məsuliyyəti prezident daşıyır"- deyə Yanukoviç bildirib.

Xəbər lenti

Xəbər lenti