...

İraqın baş naziri iqtisadi mövzuda danışıqlar aparmaq üçün Cənubi Koreyaya gedəcək

Dünya xəbərləri Materials 5 Aprel 2007 13:12 (UTC +04:00)

İraqın baş naziri Nuri əl-Maliki gələn həftə Cənubi Koreyaya gedəcək və bu ölkənin prezidenti No Mu Xenlə danışıqlar aparacaq. Danışıqların əsas mövzusunun iki ölkə arasında iqtisadi səhədə əməkdaşlıq olacağı gözlənilir. Bu barədə məlumatı RBK Associated Press-in prezidentin mətbuat xidmətinə istinadən verib.

Məlikinin bu il aprel ayının 11-də başlayacaq üç günlük səfəri çərçivəsində təbii ehtiyatlar, enerji və tikinti sahəsində əməkdaşlıq, həmçinin Seulun İraqın bərpasına köməyi məsələlərinə də toxunulacaq.

İraqın baş naziri Cənubi Koreyanın işgüzar dairələrinin nümayəndələri ilə də görüşlər keçirmək və bir sıra sənaye müəssisələrinə baş çəkmək niyyətindədir.

Qeyd edək ki, hazırda İraqda 2 300 Cənubi Koreya hərbi xidmətçisi var.

Xəbər lenti

Xəbər lenti