...

Bişkekdə yüzlərlə müxalifət tərəfdarı təcili prezident seçkilərinin keçirilməsi tələbi ilə aclığa başlayıb

Dünya xəbərləri Materials 5 Aprel 2007 14:58 (UTC +04:00)

Qırğızıstanın keçmiş baş naziri Feliks Kulovun rəhbərlik etdiyi müxalifət partiyası "Qırğızısatanın layiqli gələcəyi üçün" Birləşmiş Cəbhənin 100-dən yuxarı nümayəndəsi bu gün Bişkekdə siyasi aclıq elan ediblər. İTAR-TASS xəbər verir ki, aclıq iştirakçıları üçün parlamentin qarşısındakı meydanda yer ayrılıb.

Meydanda polis dəstələri və təcili yardım maşınlarının növbətçiliyi təşkil olunub. Birləşmiş cəbhənin onlarla üzvü isə əhalinin sıx olduğu digər yerlərdə aclıq etmək niyyətindədir.

Aprelin 11-dən etibarən Birləşmiş Cəbhə təcili prezident seçkilərinin keçirilməsi tələbi ilə müddətsiz və kütləvi mitinqlərin keçirilməsinə başlayacaq. Kulovun fikrincə, prezident Kurmanbek Bakiyev öz legitimliyini təsdiq etməlidir.

Xəbər lenti

Xəbər lenti