...

Gürcü və türk iş adamları ayda bir dəfə, bazar günləri görüşəcəklər

Dünya xəbərləri Materials 16 Aprel 2007 17:23 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Bundan sonra gürcü və türk iş adamları mütamadi olaraq ayda bir dəfə, bazar günləri görüşəcəklər. İki ölkənin səfirliyindən gələn bu təklifi iş adamları bazar günü keçirilən görüşdə bəyəniblər və təsdiqləyiblər. Müzakirələr zamanı 50-dək gürcü və xarici şirkətlərin nümayəndələri, habelə dövlət strukturlarının təmsilçiləri iştirak ediblər.

Gürcüstanın işəgötürənlər Assosiyasiyası prezidentinin bildirdiyinə görə, türk biznesmenləri gürcü həmkarlarının hüquqi yardımına ehtiyac duyurlar. Layihə müəlliflərinin fikrincə, danışıqlar masası arxasında iş adamları cari məsələləri daha yaxşı həll edə biləcəklər və gələcək əməkdaşlığın strategiyasını formalaşdıracaqlar.

Xəbər lenti

Xəbər lenti