...

Polşa prezidenti: 2008-ci ilin aprelində Gürcüstan NATO-dan üzvlük planını alacaq

Dünya xəbərləri Materials 16 Aprel 2007 17:46 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ 2008-ci ilin aprelində Gürcüstan NATO-dan MAP (alyansdakı üzvlüyün planı) planını alacaq. Bu haqda bu gün Gürcüstan prezidenti Mixail Saakaşvili ilə birgə mətbuat konfransında Polşa prezidenti Lex Kaçinski məlumat verib.

Onun sözlərinə görə, həmin müddətdə Lissabonda NATO sammitinin keçirilməsi planlaşdırılır. "Polşa Gürcüstanın NATO yolundakı müvəffəqiyyətlərini etiraf edir və onun alyansa inteqrasiya cəhdlərini dəstəkləyir" - deyə Kaçinski vurğulayıb.

Polşa prezidenti həmçinin Gürcüstanla hərbi əməkdaşlığın genişləndirilməsinin zəruriliyindən danışıb. "Hərbi əməkdaşlığın bu günkü səviyyəsi artmalıdır. Biz Gürcüstana kömək etməliyik ki, o öz hərbi qüvvələrini müvafiq standartlara uyğunlaşdıra bilsin. Lakin bu əməkdaşlıq ona dəlalət etmir ki, Gürcüstandan kiməsə təhlükə gələcək" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti