...

Gürcüstanda "Metexi" mehmanxana kompleksi satışa çıxarılıb

Dünya xəbərləri Materials 18 Aprel 2007 14:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ İyunun 8-də Gürcüstan-Avstriya birgə müəssisəsi olan "Metexi"yə məxsus "Metexi" mehmanxana kompleksi satışa çıxarılacaq. Həmin gün bu məqsədlə hərrac təşkil ediləcək. Gürcüstanın İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, hərracı "Metexi" birgə müəssisəsinin müflis prosesinə nəzarəti həyata keçirən qurum elan edib.

Mehmanxana kompleksinin ilkin qiyməti 25 milyon dollardır. Buradakı torpaq ərazisinin ümumi sahəsi 24,5 min kv.m, tikililər olan sahə isə 30 min kv.m. təşkil edir. Hərracda iştirakla bağlı müraciətlər iyunun 8-də saat 17-dək qəbul ediləcək. Hərrac həmin gün saat 18.00-da keçiriləcək.

Qeyd edək ki, "Metexi" Gürcüstanın ilk beşulduzlu oteli olub. Bu otel 1991-ci ilin mayında fəaliyyətə başlayıb. Mehmanxananın sahibi Gürcüstan-Avstriya birgə müəssisəsi "Metexi"dir, idarəedici şirkət isə Şeraton brendinin sahibi olan Starvud mehmanxanaları və kurortları Beynəlxalq Korporasiyasıdır (Starwood Hotels.

Xəbər lenti

Xəbər lenti