...

NATO Parlament Assambleyası Gürcüstanın alyansa inteqrasiyasını dəstəkləyir

Dünya xəbərləri Materials 19 Aprel 2007 14:50 (UTC +04:00)

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ NATO Parlament Assambleyası Gürcüstanın alyansa inteqrasiyasını dəstəkləyir. Bu bəyanat NATO PA prezidenti Xose Lelonun Gürcüstanın NATO-dakı parlament nümayəndə heyətinin üzvləri, habelə Gürcüstan parlamentinin spikeri Nino Burcanadze ilə görüşlərində səslənib.

Görüşlərdən sonra jurnalistlərin suallarını cavablandıran Lelo bildirib ki, danışıqlar zamanı Gürcüstana NATO yolunda verilən dəstəkdən başqa bu ölkədə gedən islahatlara da diqqət yetirilib. "Bu mənada Gürcüstan düzgün yoldadır" - deyə o vurğulayıb.

Lelo həmçinin qeyd edib ki, hazırda Gürcüstanda korrupsiyaya qarşı fəal mübarizə aparılır və bu, Qərbdə alqışlanır. Görüşdə tərəflər həmçinin Gürcüstan ərazisində mövcud etnik münaqişələri müzakirə ediblər.

Gürcüstan parlamentinin deputatları Kote Qabaşvili və Nika Rurua qeyd ediblər ki, söhbət əsnasında sabah "Kortiard Merriott" otelində öz işinə başlayacaq assambleyanın seminarına diqqət yetirilib. Gürcüstan bu seminara çox böyük önəm verir.

Xəbər lenti

Xəbər lenti