...

Məşhur gürcü rəssam primitivistin əsəri 1 600 000 dollara satılıb

Dünya xəbərləri Materials 20 Aprel 2007 12:32 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Məşhur gürcü rəssam primitivisti Niko Pirosmaninin "Arsenal Dağ" əsəri Sotbi's hərracından 1 600 000 dollara satılıb. Gürcüstanın milli incəsənət muzeyinin direktoru Giorgi Marsaqişvilinin məlumatına əsasən, əsərin alıcısı naməlum qalıb.

Onun məlumatına əsasən, son vaxta qədər Pirosmaninin əsəri fransız kolleksioneri Jan Riştinin kolleksiyasında saxlanıb. "Biz bilmirdik ki, o, həmin əsəri Londondakı hərraca çıxaracaq naməlum şəxsə 300 000 dollara satıb" - deyə Marsaqişvili bildirib.

Muzey direktoru hesab edir ki, hərrac əsərin qiymətini ucuzlaşdırıb, belə ki, Pirosmaninin əsərlərinə olan indiki qiymət 5 milyon dollardan 7 milyon dollaradək təşkil etməlidir.

Marsaqişvili Pirosmaninin əsərini hər hansı bir şəxsin deyil, hər hansı bir muzeyin aldığına ümidvar olduğunu bildirib. Əsərin muzey tərəfindən alınacağı təqdirdə insanların həmin əsəri görmək imkanı olacaq.

Xəbər lenti

Xəbər lenti