...

Çexiya və Slovakiyanın mitropoliti Xristofor Gürcüstana səfər edəcək

Dünya xəbərləri Materials 24 Aprel 2007 17:47 (UTC +04:00)

Gürcüstan, Tiflis/ Trend müxbir N.Kirsxalia/ Mayın 2-də Gürcüstan katalikosu patriarx II İliyanın dəvətilə Çexiya və Slovakiyanın mitropoliti Xristofor Gürcüstana səfər edəcək. Patriarxlıqdan verilən məlumata görə, Müqəddəs Georqiya bayramı öncəsi mayın 5-də II İliya, eləcə də Çexiya və Slovakiyanın mitropoliti Kaşuetskdəki Müqəddəs Georqi kilsəsində birgə ibadət edəcəklər.

Mayın 6-da bayramda müqəddəs Troisa yeparxiyasında ümumi ibadət olacaq. Səfər mayın 8-ə qədər davam edəcək.

Bu müddət ərzində mitropolitin patriarxlıqda, Çexiyanın Gürcüstandakı səfirliyində görüşləri keçiriləcək, həmçinin o, parlametin sədri Nino Burcanadze ilə görüşəcək.

Daha sonra ruhani Kaxetiyaya gedərək oradakı monastr kompleksi ilə tanış olacaq.

Xəbər lenti

Xəbər lenti